AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

G7 XİN rəhbərləri Londonda qlobal təhlükələri müzakirə edəcəklər

G7 XİN rəhbərləri Londonda qlobal təhlükələri müzakirə edəcəklər

Təfsilat
02 May 2021, 12:15 960
G7 ölkələri xarici işlər nazirləri 3-5 may tarixlərində Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.
Məlumatda bildirilir ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət ediliblər.