• şənbə, 27 Aprel, 13:22
  • Baku Bakı 27°C

Füzuliyə növbəti köç reallaşıb

16.03.24 00:44 3075
Füzuliyə növbəti köç reallaşıb

Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdim olunması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 562 ailə, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

banner

Oxşar Xəbərlər