• cümə, 29 Mart, 19:19
  • Baku Bakı 14°C

Fransa portalı Qarabağda minalanmış ərazilərin xəritələri barədə yazıb

10.05.21 12:45 681
Fransa portalı Qarabağda minalanmış ərazilərin xəritələri barədə yazıb
Fransanın "Turquie-news” xəbər portalında Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi,www.lecarrefour.azsaytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın "Qarabağdakı minalanmış ərazilərin xəritələri haradadır?” sərlövhəli məqaləsi yayımlanıb.
AZƏRTACxəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Qarabağda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək Azərbaycana təhvil verilməməsi məsələsi qabardılır və Ermənistanin bu xəritələri verməməklə beynəlxalq hüququn prinsiplərini pozduqları qeyd olunur.
Müəllif yazır ki, müharibədən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş torpaqlarda minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Üçtərəfli Bəyanat imzalandıqdan sonra müharibə dayandırılsa da, Ermənistanın hərbi cinayətləri bu minaların partlaması nəticəsində insan tələfatı ilə davam edir. Üçtərəfli bəyanat imzalandıqdan sonra Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki şəxs və hərbçi həlak olub, 100 nəfər yaralanıb.
Beynəlxalq mediada yayımlanan "Ermənistan Qarabağda və ətrafında mina qoymağa 350 milyon dollar xərclədi” sərlövhəli məqaləyə istinad edən müəllif sual verir: "Əgər ermənilər minalara 300 milyon dollardan çox pul xərcləyiblərsə, bu pullar haradan gəlib. Erməni lobbisinin pulu minalara gedib, yoxsa ermənilərə xərclənib”.
Z.Kazımova məqalədə Ermənistanın qeyri-insani addım ataraq ziyarətgahları və qəbiristanlıqları yerlə-yeksan etdiyini və minaladığını bir daha diqqətə çatdırıb. "Beynəlxalq birliyin susması Ermənistana mülki əhali və tank əleyhinə mina xəritələrini gizli saxlamağa imkan verir”, - deyə məqalədə vurğulanır.
Sonda jurnalist bir daha Ermənistanın 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir.

banner

Oxşar Xəbərlər