Foto çəkmək fotoaparatın düyməsini basmaq deyil Araşdırma

Kimə baxırsan əlində fotoaparat şəkil çəkir. Amma bu sahədə peşəkarlarımızın sayı barmaqla sayılacaq qədərdir. Peşəkar fotoqraf olmaq istəyənlər isə bu sənətə yiyələnmək üçün Türkiyə, Rusiya, Gürcüstana üz tutmalıdır. Çünki Azərbaycandan fərqli olaraq sözügedən ölkələrdə peşəkar fotoqraf olmaq istəyənlər üçün kurslar var. Bu ölkələrdə ödənişli kurslara yazılmaqla hər kəs fotoqrafiya sənətinin dərinliklərinə yiyələnə bilər. Amma bizdə bu sahədə bir boşluq var.
Niyə bizdə yoxdur?
Peşəkar fotoqraf, Bakı Jurnalistika Məktəbində fototəlimçi kimi çalışan Əhməd Muxtar deyir ki, sözügedən sahədə boşluğun olmasının səbəbi ilk olaraq fotoqrafiyanın təhsildə yerinin olmamasıdır: “Universitetlərdə fotoqrafiyanın tədrisi aparılmır. Yalnız son zamanlar bir-iki universitetdə nəsə etməyə çalışırlar. Fikrimcə, onlardan da nəticə gözləmək hələ tezdir. Son zamanlar bəzi QHT-lər və beynəlxalq təşkilatlar da bu sahədə nəsə etməyə çalışsalar da, bu, davamlı olmadı. 2011-ci ildən Bakı Jurnalistika Məktəbində Türkiyənin Galata Foto Akademiyasının proqramı əsasında fotojurnalistika kursu keçilir. Bu da sırf multiemdia təlimi çərçivəsində aparılır. Yəni xüsusi olaraq peşəkar fotoqraflar hazırlanmır”.
Foto çəkmək sadəcə düyməni basmaq demək deyil
Fotoqraf kurslarına ehtiyac olduğunu deyən Ə.Muxtar bunun üçün xaricdən müəllimlər dəvət etməyə ehtiyac olduğunu düşünür: “Azərbaycanda tam formada peşəkar fotoqraf kursları təşkil etmək olar. Amma həm təcrübə, həm də nəzəri bazanın olmamasına görə xaricdə, ən azından Türkiyədə fotoqraf sənətini tədris edən qurumlarla əməkdaşlıq etmək lazımdır. Foto çəkmək sadəcə fotoaparatı ələ alıb düyməni basmaqla bitmədiyi üçün baza tələb olunur. Tədris vəsaitləri, tədris proqramı, nəzəri bilgilər üçün oxuma, nəzəri bilgi ilə uyuşan praktik çalışmalar və s. tələb olunur. Azərbaycanda da bəlkə hansısa səviyyəyə qədər fotoqraflıqdan dərs deyə biləcək fotoqraflar var. Ancaq həm praktik, həm də bu günlə uzlaşan, həm texniki, həm də nəzəri baxımdan ən son tələblərə cavab verən bilgilərə sahib fotoqrafın ölkəmizdə olub olmayacağı barədə bir şey deyə bilmərəm. Fotoqraf çəkməklə yanaşı, həm də kifayət qədər oxumalıdır. Həm peşəsi ilə bağlı yeni məlumatları əldə etməli, həm də hansı şəkli niyə görə çəkdiyini bilməsi üçün, mövzuyla yaxından tanışlıq üçün dünyagörüşünü artırmalı, daim oxumalıdır”.
Fotoqraf olmaq üçün nə etməli?
Son zamanlar müstəqil fotoqrafların sayının çoxaldığını deyən müsahibimizin fikrincə, ümumilikdə bu sahədə iki tərəf var: “Bunlardan biri fotoqrafiyaya məhz pul qazanmaq üçün gələnlər, digəri isə bu işi sevənlərdir. Hər iki tərəfin işinə baxdıqda bəlli olur kim nə üçün bu işlə məşğuldur”.
Ə.Muxtar fotoqraf olmaq istəyənlərə də məsləhətlərini verdi: “Azərbaycanda bu sahədə kurslar olmadığına görə, öncə öyrənməyə internetdən başlamalıdırlar. Sözügedən sahə ilə bağlı məlumatları oxumalı və gününü fotolarla keçirməlidir, həm peşəkar dünya fotoqraflarının fotolarını izləməli, həm də özü şəkillər çəkməlidir. Türkiyədə qısa kurslara da yazıla bilərlər”.
Ə.Muxtar deyib ki, BDU-nun Jurnalistika fakültəsini bitirib, 2004-cü ildən mediada çalışır: “2006-cı ildən fotojurnalist kimi mediada işləməyə başladım. 2008-ci ildən Bakı Jurnalistika Məktəbində çalışıram. 2011-ci ildən də fototəlimçi kimi də işləyirəm burda. Müxtəlif xarici agentlik, xəbər saytları ilə əməkdaşlıq edirəm. Bu sahənin tədrisi ilə bağlı daha çox maraqlanıram. Son iki ildə isə multimedia ilə bağlı peşəkar kursar keçib bu sahədə fəaliyyətə başlamışam”.
Onu da deyək ki, 2-3 il əvvəl Əhməd Muxtar və bir neçə fotoqraf birlikdə öz hesablarına “25-ci kadr” adlı foto-jurnal çıxarırdılar. Ə.Muxtarın sözlərinə görə, davamlı maliyyə olmadığı üçün jurnalın nəşrini dayandırıblar: “Sonradan öz şəxsi saytım (www.ahmedphoto.org) üzərində işlədim və müstəqil şəkildə fəaliyyət göstərirəm.
Online foto-məktəbimiz olacaq
Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyətinin sədri Mirnaib Həsənoğlu bildirdi ki, Azərbaycanda belə bir tendensiya var ki, əgər heç nə bacarmırsansa, get ya sürücü ol, ya da fotoqraf: “Hamıya elə gəlir ki, hamı fotoqraf ola bilər. Çünki kimisə hansısa peşəyə götürəndə ondan hansısa sənəd tələb olunmur. Amma peşəkar fotoqraflar yetişdirmək üçün belə kurslara ehtiyac var: “Dövlət qurumlarından biri ilə fotoqraf kurslarının açılması ilə bağlı danışmışıq və belə bir kurs açmaq fikrimiz var”.
M.Həsənoğlu ana dilində fotoqrafiya ilə bağlı ədəbiyyatın olmamasının da bu sahədə problem yaratdığını dedi: “Rus, ingilis dilində kifayət qədər ədəbiyyat var. buna görə də fotoqraf olmaq istəyənlər əcnəbi dillərdəki ədəbiyyatlara üz tutmalı olurlar”.
M.Həsənoğlu Azərbaycan Fotoqraflar Birliyinin bir layihə üzərində işlədiklərini dedi: “Azərbaycan dilində onlayn foto-məktəb layihəsini gerçəkləşdirəcəyik. Bizim təşkilat “Fotoman-2013” adlı müsabiqəyə start verib. Bu müsabiqədə yer qazanan 15 nəfər onlayn fotoməktəbdə tədris almaq imkanı əldə edəcək. Bu adamlar üçün xüsusi tədris proqramı əsasında video dərsliklər hazırlanır, onlar internet vasitəsi ilə tapşırıq alacaq və tapşırıqlarını yerinə yetirəcəklər. Müəllim videodərsliklərdə fotoqrafiyanın hansısa bölməsini izah edəcək, tələbələr də həmin videoya istədikləri qədər baxıb bu sənətə yeyələnəcəklər. Bir neçə dərsdən sonra tələbələr həmin müəllimə İnternet üzərindən zaçot verəcəklər. İmtahandan keçənlər xüsusi sertifikat alacaqlar.
Azərbaycan dilində ədəbiyyat yoxdur
Hələ Sovet dövründən fotoqraf kimi çalışan Ağəli Məmmədov da hesab edir ki, Azərbaycanda fotoqrafiya kurslarının açılmasına ehtiyac var: “Bu sahəyə tələbat da var. Amma bunun üçün kimsə irəli durub kurs yaratmalıdır”.
A.Məmmədov deyir ki, indi hərə əlinə bir aparat alıb şəkil çəkir: “Amma necə çəkmək lazım olduğunu bilmirlər”.
Fotoqraf Azərbaycanda fotoqraf kursları açılacağı təqdirdə orada dərs demək üçün ölkəmizdə kifayət qədər professional fotoqrafın olduğunu düşünür.
A.Məmmədovun fotoqrafiyanı harada öyrənməsinə gəlincə, o, bildirdi ki, 1961-ci ildə Rusiyada hərbi xidmətdə olarkən Hərbi Reportyor Məktəbini bitirib və fotoqrafiyanın da sirlərinə orada bələd olub. Müsahibimiz kurslar olmadığına görə fotoqraf olmaq istəyən gənclərimizə öz məsləhətlərini də verdi: “Fərdi müəllim yanına getmək, eyni zamanda bu sahədə əcnəbi dildə olan ədəbiyyatlara müraciət etmək lazımdır. Çünki Azərbaycan dilində fotoqrafiya ilə bağlı ədəbiyyat yoxdur. Amma təkcə ədəbiyyatları mütaliə etməklə iş bitmir, əsas fotoaparatı əlinə götürüb fotolar çəkməkdir. Çünki adam işlədikcə təkmilləşir”.
Lalə MUSAQIZI