• cümə, 19 Aprel, 13:14
  • Baku Bakı 25°C

Florentino Peres alternativ dünya çempionatı yaradılacağını açıqlayıb

19.04.21 10:33 483
Florentino Peres alternativ dünya çempionatı yaradılacağını açıqlayıb
"Real”ın prezidenti Florentino Peres yeni yaradılan Superliqada iştirak edəcək futbolçuların FİFA və UEFA tərəfindən dünya və Avropa çempionatına buraxılmaması hədəsinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, qurumun sədri seçilən Peres bunun onları qorxutmadığını söyləyib.
O, alternativ dünya çempionatı yaradacaqlarını vurğulayıb: "Əgər bu turnirə qatılan oyunçuların DÇ-2022-də iştirakına icazə verilməsə, öz dünya çempionatı turnirimizi yaradarıq. Burada şişirdiləcək bir şey yoxdur. Biz futbola hər səviyyədə kömək edəcəyik və onu layiq olduğu yerə yüksəldəcəyik. Futbolun dünyada 4 milyarddan çox azarkeşi var. Bizim öhdəliyimiz onların istəklərinə cavab verməkdir”.
Qeyd edək ki, hələlik 12 klubun Superliqada iştirakı təsdiqlənib. Bunlar İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko”, "Real”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klublarıdır.
banner

Oxşar Xəbərlər