• çərşənbə, 17 Aprel, 00:04
  • Baku Bakı 14°C

Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir

24.01.23 16:30 809
Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir

22 yanvar tarixində “Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi” Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib. Kitabxana əməkdaşları görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı, tənqidçi və tərcüməçi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Həmçinin Firidun bəy Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar tədbir iştirakçılarına çatdırıldı. O, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir. Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən ədəbi-elmi fikrinin inkişafı tarixində böyük rol oynamış F.Köçərliyə həsr olunmuş tədbir ənənəvi kitab sərgisi və sənədli filmin nümayişi ilə başa çatdı. 

banner

Oxşar Xəbərlər