FİFA-nın koronavirusla bağlı tövsiyələri
FİFA koronavirusun
yaratdığı durumla bağlı tövsiyələrini açıqlayıb.
Kaspi.az
xəbər verir ki, təşkilat klublara tövsiyə edib ki, yayda müqaviləsi bitən
futbolçularla anlaşmanı uzatsınlar. Məvaciblərin azaldılması məsələsinə münasibət
bildirən FİFA, klubları müstəqil qərar verməyə çağırıb.
Amma
bildirib ki, mübahisəli məqamlarda müstəqil məhkəmə rolunda çıxış edə bilər.
FİFA yay transfer pəncərəsinin də müddətini dəyişəcək. Bu tarix, koronavirus
epidemiyasından sonra çempionatların davam etdirilməsi və yekunlaşmasından
asılı olacaq.
Bir müddət
əvvəl UEFA prezidenti bildirmişdi ki, avrokuboklar ya avqusutun 3-nə qədər
keçirilməli, ya da ləğv olunmalıdır.