• cümə axşamı, 25 aprel, 12:56
  • Baku Bakı 23°C

FHN: Ötən sutka 22 yanğına çıxış əməliyyatı həyata keçirilib

01.05.21 15:15 684
FHN: Ötən sutka 22 yanğına çıxış əməliyyatı həyata keçirilib
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
NazirlikdənAPA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti qəza nəticəsində deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
banner

Oxşar Xəbərlər