• cümə, 19 Aprel, 01:06
  • Baku Bakı 18°C

FHN: Ötən gün 26 yanğına çağırış olub, 6 nəfər xilas edilib

02.04.21 12:15 560
FHN: Ötən gün 26 yanğına çağırış olub, 6 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 6 nəfər xilas edilib.

banner

Oxşar Xəbərlər