• şənbə, 20 Aprel, 06:23
  • Baku Bakı 14°C

FHN: Ötən gün 13 yanğına çıxış olub, 1 nəfər xilas edilib

04.05.21 12:00 446
FHN: Ötən gün 13 yanğına çıxış olub, 1 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində intihara cəhd edən 1 nəfər xilas edilib.
banner

Oxşar Xəbərlər