“Ərsak” - “ Arsak” toponimi haqqında

Orta əsrlərin coğrafiyaşünası və səyyahı Əbdürrəşid ibn Saleh ibn Nuri əl-Bakuvinin
(1335-1430) "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərində
türksoylu xalqların məskunlaşdığı və
yaşadığı coğrafi ərazilərin yeddi iqlim sərhədləri ilə hüdudlandığını (Avropa
qitəsinin cənub hissələri daxil olmaqla, Ön Asiyadan Çukot yarımadasınadək olan ərazilər) göstərilmişdir. Göründüyü
kimi, türk xalqlarının məskunlaşma əraziləri
geniş coğrafi məkanları, bir neçə qitə və iqlim qurşaqlarını əhatə etmişdir. Bu
amillər türksoylu xalqların həyat tərzinin, idarəetmə sistemlərinin və təsərrüfatçılıq
quruluşunun qeyd edilən ərazilər üzrə
formalaşmasını şərtləndirmişdir. Bu baxımdan bir türksoylu tayfanın bütün
Türküstan ərazisində məskunlaşması (onlara məxsus anrto və etnotoponimlərin
yaranması) onların sayca çoxluq təşkil etmələri ilə yanaşı, həm də siyasi və
iqtisadi amillərin diktəsi ilə də əlaqəli olmuşdur.
Tarixi mənbələrdən məlum olduğu
kimi, eramızdan əvvəl I minillikdə ( IX-VIII əsrlərdə) Qara dənizin şimalında və Krım yarımadasında
türkdilli Kimmer, İskit (Skit) və Sak
tayfaları yaşayaraq, mükəmməl dövlət-idarəetmə strukturlarına malik
olmuşlar. Bu tayfalar e.ə. VII əsrin əvvəllərində Ön Qafqaz ərazisindən, Dəryal və Dərbənd keçidlərindən indiki Azərbaycan ərazilərinə,
bu yerlərdən Ön Asiyaya və daha sonra cənuba, İkiçayarasına doğru (qədim Şumerlərin torpaqlarınadək) yürüşlər edərək, həm də özlərinə genetik
baxımdan doğma olan yerli türkdilli xalqlarla
asanlıqla qaynayıb-qarışmış, assimlyasiya olunmuş, yeni məskunlaşma əraziləri
və yaşayış məntəqələri yaratmışlar.
Daha
sonra e.ə. VII əsrin 1-ci rübündə kutilər,
skiflər və saklar Manna dövlətinin və
Araz çayının şimalına - Albaniya (Azərbaycan) ərazilərinə yürüşlər edərək, regionun aran və dağlıq hissələrində
məskunlaşmışlar. İndiki Mil-Qarabağ düzündə yerləşən hissə Balasakan ("Sakların
düzü”) adlanmışdır (türk dillərində
"bala” sözü "çöl”, "düzənlik” mənalarında
işlənmişdir).
Qədim
yunan alimlərinin əsərlərində (Herodot, Strabon) və səyyahlarının xəritələrində
(Erotosfen, Ptolomey) bu barədə məlumatlar verilmiş, yaşayış məntəqələrinin
adları və koordinatları göstərilmişdir. Həmin tayfaların adından əmələ gələn
yer adları (etnotoponimlər) yerli xalqların dillərinə (türksoylu dillərə) qohum
olduğundan və ya kökənli yerli tayfalar
tərəfindən qoyulduğundan, bu günümüzədək həmin toponimlər işlənməkdədir
(baxmayaraq ki, bir hissəsi leksik-qrammatik üslub baxımından dəyişikliyə
uğrayıb, bir hissəsi sonralar müəyyən
ictimai-siyasi səbəblərə görə ermənilər və gürcülər tərəfindən erməniləşdirilib
və gürcüləşdirilmişdir).
Tarixi qaynaqlardan o da məlumdur ki,
bu tayfalar həmçinin yerli idarəetmə
strukturuna malik birliklərlə
ittifaq yaradaraq, xarici müdaxiləçilərə qarşı birgə mübarizə aparmışlar. Saklar bu tayfalar içərisində
fiziki görünüşləri etibarı ilə fərqləndiklərinə görə, daha çevik və döyüşkən, eləcə də geniş ərazilərdə
məskunlaşdıqları üçün yer adlarının çoxusu onların adı ilə bağlı olmuşdur ( Sakaşen və ya Şakaşen (Şəki
şəhəri), Sakariya, Sak düzü (Kür və Araz çayları arası), Saksin şəhəri (vaxtı
ilə Xəzər xaqanlığının, indiki Rusiyanın Avropa hissəsində, Volqa (İtil, türk
dillərində "iti axan su” mənasında) çayı sahilində olmuş şəhər).
Azərbaycan
ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində də sak tayfalarının məskunlaşma arealı geniş
olduğundan ta qədimdən bu günə qədər "Ərsak” və ya "Arsak” toponimi burada daha
çox işlənilmiş və yazılı mənbələrdə əks olunmuşdur. Bu barədə görkəmli alimlərimizdən
Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun (1877-1942), Mirəli Seyidovun
(1918-1992) , Ziya Bünyadovun (1923-1997), Rəmzi Yüzbaşovun (1906-1990), Qiyasəddin
Qeybullayevin (1934-2002) və başqalarının
əsərlərində ətraflı məlumatlar verilmişdir. Qarabağın aran və dağlıq
hissəsində sak tayfaları uzunmüddətlu məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən,
bu yerlərin bir sıra sinonim toponimləri
meydana gəlmişdir. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə
yaşamış və müxtəlif yer adları onlarla
bağlı olmuşdur. Və yaxud, şişparaq
saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşmışlar və
eyni hal orada da təkrarlanmışdır.
Sakların (və skiflərin) Azərbaycan ərazilərində yayılması, məskunlaşması,
yerli türksoylu xalqların etnogenezisində başlıca rol oynaması, həm də onlara məxsus
toponimlərin formalaşmasına bilavasitə təsir etmişdir. Təbii ki, həmin dövrdə
yaranan etnotoponimlərin tələffüzü, qrammatik
quruluşu, sintaksis tərkibi indiki adlarla fərqlilik yarada bilər ki, bu
qanunauyğunluq bütün coğrafi areallarda müşahidə edilən haldır. Əsas məsələ,
toponimlərin morfogenetik və linqvistik xüsusiyyətlərinin zaman və tarixilik
baxımından dəyişilməməsidir. Bu baxımdan, hazırda Azərbaycanın qərb
regionlarında məskunlaşan hayların (onlar "ermənilər” adlandırılır) genetik
xüsusiyyətləri gəldikləri Balkan
yarımadası və Şərqi Aralıq dənizi hövzəsi, eləcə də, Şərqi Afrika və Qərbi
Hindistan ərazilərinin təbiətindən doğan morfogenetik elementlərlə zəngin
olduğundan, onların saklarla bağlılığı mümkün
deyildir. Saklar (skiflər) mərd, döyüşkən, səmimi, qonşularına görə düşmənlə
vuruşan bir xalq olduğu üçün, onlara "ər saklar”, "ər mənlər” deyilmiş,
yaşadıqları ərazilər isə "Ərsaq”, "Ərmən”,
”Ərməniyyə” adlandırılaraq, sonrakı mərhələdə müvafiq tələffüz, dialekt və ifadə formasında qəliblənmişdir.
Göründüyü kimi, mərdliyin, comərdliyin, ərliyin, igidliyin, səmimiliyin, ərənliyin
haylara aid olmadığı halda, "Ərsaq”, "Arsaq”, "Arsak” ("Arsax”), "Ərməni”, ”Ərməniyyə”
toponimlərinin də onlarla heç bir üzvü vəhdətliyi və bağlılığı olmamışdır. Həmişə
olduğu kimi, haylar Azərbaycan türklərinin (əcdadları həm də "ər saklar” olmuş)
ərazilərində məskunlaşmaqla, bu yerlərin adlarını da mənimsəməkdən, "özününküləşdirməkdən”
usanmamış və utanmamışlar.
Sakların Azərbaycan ərazilərində yayılması, məskunlaşması, Azərbaycan
türklərinin etnogenezisində başlıca rol oynaması milli toponimlərimizin (Qazax,
Ağstafa, Qax, Şəki, Zaqatala, Qoxmut, Naxçıvan, Saqiyan) formalaşmasına
bilavasitə təsir göstərmişdir. Azərbaycanın qərb hissəsinin Ərməniyyə, Ərməni
adlanması, burada yaşayanların "ər mən” (burada
"mən” sözü "kişi”, "igid”, ”ərən” şəxs əvəzliyini ifadə edir) adlanması
indiki Ermənistan ərazilərinin türksoylu xalqlara (xüsusilə Azərbaycan türklərinə)
məxsusluğunu bir daha sübut edir. Tarixdə başqa xalqların maddi və mənəvi nümunələrini
oğurlamaqda ad çıxaran (bu sahədə yüksək səviyyədə peşəkarlaşan ) hayların
genetik mənsubluğu özlərini "hay” adlandırmaqda ifadə olunmuşdur.
Sakların (skiflərin) üç qitə ərazisində (Avropa, Asiya və Amerika)
paylanması nəticəsində, müxtəlif etnik köklərə malik olan türksoylu xalqlar, bu geniş geoməkan hüdudlarında
dominant xalq səviyyəsinə qədər yüksəlmişdir. Təsadüfi deyildir ki, Ön Asiya, Cənubi və Şərqi
Avropa, Mərkəzi Asiya və Uzaq Şərq (şimal-şərqdə quru bərzəxdən Yeni
Dünyaya keçməklə) sakların (eləcə də digər
türk mənşəli tayfaların) məskunlaşdığı coğrafi məkan kimi etnik-milli
antrotoponimlərin ( tayfa adlarını özündə
əks etdirən yer-coğrafi məkan adları) yaranmasına səbəb olmuşdur.
Yakutiyanın (Saxa), həmçinin bu respublikanın Aldan şəhəri
yaxınlığında yerləşən Yakokut və Yakokit
şəhərləri, Qırğızıstandakı İssık-kul gölü, indiki Gürcüstan ərazisindəki Dəryal
keçidi hüdudlarındakı Şirak düzü
"sak” sözünün yerli şivə-dialekt tələffüzünün fonetik-semantik
assimlyativ formasına uyğunlaşdırılaraq, müasir
toponimik ünvana çevrilmişdir.
Ona
görə də hayların Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsini Arsax
adlandırmaları da təbii və tarixi amillərlə
(özləri də bilmədən özlərini təkzib etməklə) özlərinə qarşı çevrilmiş mənəvi
silah rolunu oynamaqdadır.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
