• cümə axşamı, 25 aprel, 17:54
  • Baku Bakı 23°C

“Çernobıl” serialı "Emmi" mükafatına layiq görülüb

23.09.19 12:53 599
“Çernobıl” serialı "Emmi" mükafatına layiq görülüb
"Çernobıl” serialı "Ən yaxşı mini-serial” kateqoriyasında "Emmi”mükafatına layiq görülüb.
APA-nın "gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu nominasiyaya təqdim olunanlar arasında "Dannemor həbsxanasından qaçış”, "Fossi/Verdon”, "İti əşyalar” və "Onlar bizi görəndə” serialları yer alıb.
Qeyd edək ki, "Çernobıl” HBO telekanalının çəkdiyi 5 hissəli serialdır. Ekran işi Çernobıl AES-dəki qəzaya həsr olunub.
Xatırladaq ki, "Emmi” ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu il Los-Anceles şəhərində 71-ci "Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.
banner

Oxşar Xəbərlər