• cümə axşamı, 18 aprel, 23:56
  • Baku Bakı 21°C

Ermənistanla münasibətlər qurulmasının şərtləri açıqlanıb

18.01.21 20:30 428
Ermənistanla münasibətlər qurulmasının şərtləri açıqlanıb
"Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”.
Kaspi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziriMövlud Çavuşoğlusöyləyib.
"Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töfhə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”, - o vurğulayıb. (Report)
banner

Oxşar Xəbərlər