• cümə axşamı, 25 aprel, 16:56
  • Baku Bakı 23°C

Ermənistanla Azərbaycan arasında toqquşmanın səbəbi - RƏY

14.09.22 09:00 1936
Ermənistanla Azərbaycan arasında toqquşmanın səbəbi - RƏY

Ermənistanla Azərbaycan arasında bu gün baş vermiş toqquşmanın səbəbi təkcə iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması və Ermənistanın bundan irəli gələn təxribatları ilə deyil, həm də delimitasiya, nəqliyyat xətləri kimi bir sıra istiqamətlər üzrə əhəmiyyətli irəliləyişin olmaması ilə bağlıdır.

Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin mövzu ilə bağlı şərhində yer alıb.

F.Şəfiyev qeyd edib ki, hələ bir neçə gün əvvəl Ermənistan tərəfi Zəngəzur/Meğri dəmiryol layihəsindən imtina etdiyini açıqlayıb.

“İndiyədək Ermənistan Azərbaycan torpaqlarında rahatlıqla hər cür hərbi əməliyyatlar həyata keçirə bilirdi. İşğal və daha sonra dağıntılar 30 il ərzində Azərbaycan ərazisində baş verib. Bundan sonra Ermənistan tərəfdən atəşin açılması o qədər də asan olmayacaq. Sülh üçün digər böyük maneə Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinin mövcud olmasıdır. Bu məsələ çoxdan həll olunmalı idi. Lakin istər 2020-ci ildə baş vermiş müharibədən əvvəl, istərsə də sonra bütün məsələlərdə olduğu kimi bu məsələnin həlli də Ermənistan tərəfindən uzadılır. Digər müvafiq şərtlərlə bərabər, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması yeganə həll yoludur”, - deyə F.Şəfiyev vurğulayıb.

banner

Oxşar Xəbərlər