AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Təfsilat
19 Aprel 2021, 14:15 542
Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb.
 
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Səfir keçmiş mədəniyyət və gənclər naziri ilə əlbir olaraq, sui-istifadə, habelə çirkli pulların yuyulması cinayətlərində günahlandırılır.

İstintaqın məlumatına görə, İsraildəki səfir və eyni zamanda AOKS (Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyəti) qeyri-hökumət təşkilatının sədri olan A. Smbatyan keçmiş nazir və AOKS-un sədr müavini Hasmik Poqosyan tərəfindən vətəndaş cəmiyyətinin mülkiyyətində olan, İrəvanın Abovyan 3 ünvanında yerləşən tarixi-mədəni əhəmiyyətli binanın qeyri-qanuni qeydiyyata alınmasına kömək edib.
 
Daha sonra bina və onun yerləşdiyi ərazi 550 000 dollar dəyərində rəsmi razılaşma ilə nazirin gəlininə məxsus ofşor şirkətə (Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş) satılıb.
 
Toplanmış dəlillərə əsasən, diplomat Smbatyan vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması cinayətlərində ittiham olunur.
Qətimkan tədbiri olaraq 20 milyon dram (40 min dollar) girov qoyulması seçilib.