• bazar ertəsi, 02 dekabr, 18:38
  • Baku Bakı 8°C

Ermənistana ayrılan vaxt bitir - Təxribatlar Paşinyanın "ömrünü" qısaldır

31.05.23 19:00 2916
Ermənistana ayrılan vaxt bitir - Təxribatlar Paşinyanın "ömrünü" qısaldır

Ermənistanın sülh proseslərinin belə intensiv getdiyi bir vaxtda davranışları qəbuledilməzdir.

Bu barədə Trend-ə hərbi ekspert, ehtiyatda olan zabit Azər Bayramov bildirib.

O qeyd edib ki, sülh danışıqlarından sonra Ermənistan tərəfindən sərhəddə istərsə də sülhməramlıların nəzarət etdiyi ərazilrdən mövqelərimizi atəşə tutması birmənalı deyil.

"Sülh prosesinin pozulması ilə bağlı artıq Ermənistanın növbəti dəfə riyakar mövqeyini görürürük. Bu təxribatlarda erməni havadarlarının rolu danılmazdır. Ancaq bu istiqamətdə vəziyyətin gərginləşdirilməsi birmənalı olaraq Ermənistan üçün heç də yaxşı nəsə vəd eləmir. Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı Qarabağda yerləşən separatçılara və eyni zamanda orda özünü qondarm respublikanın naziri və nümayəndələri kimi təqdim edənlərə ciddi şəkildə xəbərdarlıq etdi. Və onların amnistiya üçün son şansları olduğu barədə açıqlama verdi. Ancaq bir Ermənistan tərəfinin və separatçı rejimin rəhbərliyinin və onun havadarlarının bununla bağlı hər hansı nəticə çıxarmadığını müşahidə edirik. Tam əksinə olaraq Ermənistan Azərbaycan sərhəddinə ordusunun müxtəlif qoşun növlərinin cəmləşdirməsi diqqətdən yayınmır. Birmənalı olaraq Ermənistan tərəfinin istənilən addımını Azərbaycan Ordusu daimi nəzarətdə saxlayır. Düşmənin havadan və qurudan istənilən fəaliyyəti izlənilir, hər hansısa təxribat yönümlü hərəkət olarsa dərhal adekvat cavab tədbirləri görülür. Ermənistanın danışıqlarda sülhdən danışsa da əməldə bununla bağlı heç bir addım atmır", - o vurğulayıb.

Ekspert qeyd edib ki, Cənab Prezidentin İlham Əliyevin son xəbərdarlığını Ermənistan rəhbərliyi və Qarabağda yerləşən separatçı rejimin qondarma rəhbərləri nəticə çıxartmazlarsa mütləq şəkildə Azərbaycan Ordusu bunun cavabını qətiyyətlə verəcək.

"Azərbaycan hər zaman olduğu kimi humanist mövqedədir. Ölkə olaraq Ermənistanı danışıqlara dəvət etsək də nəticə etibarilə onlar imtina edir və əksinə olaraq təxribat törətməkdə davam edir. Belə getsə Azərbaycan Ordusu antiterror əməliyyatları keçirtməyə məcbur qalacaq. Bu Ermənistana baha başa gələcək. Ermənistan həmişəki kimi yalançı hay-küy yaradaraq beynəlxalq missiyanı dəvət etmək istəyir. Lakin dünyanın aparıcı ölkələri və təşkilatları Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Azərbaycanın tam beynəlxalq hüquqda istər konstitusiya hüququndan istifadə edərək hər hansısa ərazimizdə yerləşən silahlı separatçıların məhv edilməsi üçün mütləq şəkildə addım atacağına inanıram", - deyə ekspert vurğulayıb.

banner

Oxşar Xəbərlər