• çərşənbə, 24 Aprel, 11:50
  • Baku Bakı 13°C

Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur

28.04.21 17:45 1094
Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədriArtur Vanesyanistintaqa cəlb olunub.
"Report”"Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu siyasətçinin vəkiliLusine Saakyanbildirib.
Onun sözlərinə görə, A.Vanesyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.
MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanesyan və başçılıq etdiyi "Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər.
banner

Oxşar Xəbərlər