• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

06.12.19 14:22 749
Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir
Bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Armen Simonyanın Şəhidlər Xiyabanı haqda səsləndirdiyi təxribat xarakterli fikrə cavab verib.
Qeyd edək ki, iclasda Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan çıxışı zamanı bildirib: "Səfər proqramına Şəhidlər Xiyabanına ziyarət niyə daxil edilməli idi?! Yerevanda keçirilən 13-cü konfransda siyasi məqsədlər güdülməmişdi. Hesab edirik ki, belə platformaların proqramlara salınması qəbuledilməzdir".
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Armen Simonyanın təxribat xarakterli fikirlərinə cavab verib:"Mən öz tərəfimdən mədəni hissənin təşkilinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir. Burada TRACECA-nın mövcudluğu sərgiləndi. Səfər proqramı qəbul edilən zaman o insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Sizin paytaxtınızda faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin, yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək".
banner

Oxşar Xəbərlər