• cümə, 19 Aprel, 15:36
  • Baku Bakı 25°C

Ermənilər Xocavənddə 3500 hektar meşə sahəsi və 12 təbiət abidəsini məhv edib

28.04.21 09:48 316
Ermənilər Xocavənddə 3500 hektar meşə sahəsi və 12 təbiət abidəsini məhv edib
"Xocavənd rayonu biomüxtəfliyinin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil edib və bunun 20403 hektarı meşə ilə örtülü olub".
APAxəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib: "İşğala qədərki dövrdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac ( 7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi) olub.
Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb".

banner

Oxşar Xəbərlər