• çərşənbə, 24 Aprel, 07:31
  • Baku Bakı 13°C

Erməni faşistlər rusları hədələyirlər

08.05.21 09:00 1222
Erməni faşistlər rusları hədələyirlər
"Vestnik Kafkaza” yazır ki, Njde ideyalarının davamçıları rus sülhməramlılarına qarşı çıxırlar
Faşizm, nasizm və terrorun qəhrəmanlaşdırılması illər uzunudur ki, Ermənistanda rəsmi idelogiya kimi qəbul edilir. Müstəqillik əldə edənə qədər bunu açıq formada etməyə cürət etməsələr də, 90-cı illərdən, artıq bu siyasət rəsmi ideoloji xəttə çevrilib. Faşist ideologiyasını da əlində bayraq edərək Azərbaycana qarşı müharibədə aktiv şəkildə reallaşdırmağa başladılar. Xocalıda və digər torpaqlarımızda həyata keçirilən vəhşiliklər, soyqırımlar da məhz bu ideologiyanın təsiri altında reallaşıb. Faşizm ideologiyasına sadiq ermənilər İkinci dünya müharibəsində nasistlərlə əməkdaşlıq edən soydaşlarını da unutmurlar. Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılması kampaniyası Ermənistanda daha irəli getdi - faşist əlaltısı Qaregin Njdeyə abidə ucaltdılar. Ömrü boyu türk millətinə qarşı vuruşan bu şəxsin heykəlinin hündürlüyü 20 metə çatır. Özü də paytaxtın ən görkəmli yerində ucaldılıb. Njde barəsində çox danışılıb və onun "qəhrəmanlıqları", necə vəhşiliklərə yol verməsi barədə kifayət qədər faktlar var. İlk dəfə isə faşist əlaltısı olan daşnak lideri barəsində Prezident İlham Əliyev beynəlxalq tribunadan çıxış edərək onun əsl simasını dünya ictimaiyyətinə çatdırdı. Faşizmə qarşı müharibədə ən çox ziyan çəkən Rusiya, belə desək, məhz bundan sonra hərəkətə keçdi. Müxtəlif səviyyələrdə Ermənistana təzyiqlər oldu, Dövlət Dumasında çoxsaylı müzakirələr keçirilsə də, erməni tərəfi hələ də, bu abidəni demontaj etmək istəmir. Özü də burada təkcə söhbət Qaregin Njdedən getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qəbul edilir. Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub. Və Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə hələ də qəhrəman tapa bilməyiblər.
Ruslara xəbərdarlıq – vurulacaqsınız
Bəlli olduğu kimi, Qarabağda separatçı rejim də yerevandakılardan ilhama gəlib Xocavənddə də faşist əlatısına abidə ucaldıb. "Vestnik Kafaza” yazır ki, İkinci Qarabağ müharibəsi bitdikdən altı ay sonra Azərbaycan və Ermənistan torpaqlarında sülhün bərqərar olmasına mane olan qüvvələr hələ də fəaliyyət göstərir: "Faşist ideologiyasının tərəfdarları Qarabağda Böyük Vətən müharibəsi illərində Hitler faşizminə qarşı vuruşanların nəvələrini və nəticələrini birləşdirən ortaq dəyərlərə qarşı yönəlmiş təxribatlarını dayandırmır. İndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsinin Xocavənd ərazisində irqi üstünlük ideyalarının təbliğatçısı olan Qaregin Njdenin abidəsinin qalması xüsusilə iyrəncdir. Oradan görüntülər hərbi-analitik "youtube” layihəsi "Kaliber” tərəfindən yayılıb. Xəbərdə deyilir ki, nasistlər abidədə bir xəbərdarlıq yazısı qoyub – "abidəni sökməyə cəhd edən vurulacaq". Beləliklə, rus sülhməramlılarının bağçasına bir daş ataraq, Njde ideyalarının davamçıları, guya bu əraziyə nəzarət etdiklərini göstərməyə çalışırlar”.
Xatırladılır ki, bir neçə il əvvəl Rusiyanın Armavir şəhərində erməni kilsəsi ərazisində Njdenin xatirə lövhəsinin qoyulması ilə bağlı bir qalmaqal yaranmışdı. Taxta lövhə, əlbəttə ki, söküldü. Abidəni sökməyə çalışanları məhv etməklə hədələyənlər Xocavənddəki Njde "xatirə" lövhəsində rus və erməni dilində başqa bir yazı qoyublar: "Bu, sizin üçün Armavir deyil". Aydındır ki, mesajın ünvanı Rusiya sülhməramlıları idi. "Kaliber”, nasist cinayətkarın abidəsi ilə birlikdə "mavi dəbilqələrin" 9 May Qarabağda Zəfər Gününü qeyd edəcəyini proqnozlaşdırır. Lakin "Vestnik Kavkaza”a görə, abidə Zəfər Günü dağıdılacaq ki, bu da rus sülhməramlılarının şovinizm və revanşizm ideologiyasına sadiq qalan təxribatçılara cavabı olacaq”.
Njdenin Qarabağdakı abidəsi söküləcək
Yeri glmişkən, Qarabağda separatçı rejimin tanınmış simalarından biri olan Vitali Balasanyanın faşist əlaltısı Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif etməsi də qalmaqal yaradıb. Bu barədə məlumatı separatçı rejimin başqa bir nümayəndəsi - Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan verib. Mkrtçyanın sözlərinə görə, "ağsaqqallar şurası" şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib: "Biz onunla danışdıq və dedik ki, bunu etmək lazım deyil və biz bunu etməyəcəyik. Əgər aydın səbəb yoxdursa, dəqiq şərt qoyulmayıbsa, biz abidəni sökmürük". Qaregin Njdenin, onun adını daşıyan küçədə qoyulmuş abidəsinin demontajı barədə informasiya ilk dəfə bu ilin fevralında yayılıb. O vaxt separatçılar bu xəbəri təkzib etmişdilər. Müharibədən sonra Ermənistan parlamentindəki hakim "Mənim addımım" fraksiyasını tərk etmiş Ovsepyan "Azatutyun"a deyib ki, Balasanyan Njdenin abidəsini heç olmasa bir neçə günlüyünə sökməyi xahiş edib və bildirib ki, heykəli 9 mayda Rusiya tərəfi Böyük Vətən Müharibəsində qələbəni qeyd edəndən sonra yerinə qaytarmaq olar: "Onda o, ikinci, alternativ təklif verdi ki, heç olmasa üç günlüyünə sökülsün və o vədini yerinə yetirmiş olsun. Vəd, belə görünür ki, Rusiya tərəfinə verilib". "Azatutyun" bildirir ki, Vitali Balasanyanın niyə belə bir təkliflə çıxış etməsinin səbəbini öyrənməyə çalışıb. Vitali Balasanyanın sözçüsü sorğuya cavab verməyib. Sofiya Ovsepyan da Vitali Balasanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib: "Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. Mən dünən daha onunla danışmağa cəhd göstərmədim. Çünki belə sözləri dilə gətirən adamla danışmaq istəmirəm. O, görün nə deyirdi: "Njdenin abidəsini Martunidə (Xocavənd) qoymaq nəyə lazımdır? Aparın onu Zəngəzurda qoyun". Bəli, bu sözləri Balasanyan deyib. O, əgər belə bir şey deyirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu dərk eləmirsə, onunla nə danışasan?" "Azatutyun" yazır ki, Rusiya rəsmilərinin faşist əlaltısı Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil. Məsələn, 2016-cı ilin iyununda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Njdeyə Yerevanda abidə qoyulmasına dair suala cavab verərkən demişdi: "Bizim Böyük Vətən Müharibəsinə münasibətimizi hamı çox gözəl bilir. Bizim nasizmin, neonasizmin, ekstremizmin istənilən formada dirçəldilməsinə və qəhrəmanlaşdırılmasına münasibətimizi də hamı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit edilib. Bizə aydın deyil ki, adı çəkilən abidə niyə qoyulub. Axı biz Böyük Vətən Müharibəsində, II Dünya Müharibəsində erməni xalqının qəhrəmanlığı, bu ölməz qəhrəmanlıq barədə bilirik". Artak Mkrtçyan isə deyib ki, "hansısa Rusiya generalının Njdenin heykəlini sökmək istədiyinə" dair informasiya dolaşır: "Deyirlər hansısa general, amma adını çəkmirlər və biz də bu generalın kim olduğunu bilmirik. Söhbətlər gəzir, amma bizə heç kim heç nə deməyib ki, rus generalı bunu etmək istəyir". "Azatutyun" yazır ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri, Ermənistandakı Rusiya hərbi bazası və Yerevandakı Rusiya səfirliyi onların zənglərinə cavab verməyiblər". Qondarma qurumun "nümayəndəsi” Lusine Qaraxanyan Xocavənd rayonunda erməni faşist Njdenin heykəlinin köçürüləcəyi xəbərini təsdiqləyib. O, heykəlin muzeyin həyətinə aparılacağını bildirib. "Elə deyil ki, heykəli gizlədirlər. Bu heykəl yenə öz yerində olacaq. Bitməmiş bir tikinti işinin olduğunu deyirlər, çünki hazırlamağa başladıqları zaman müharibə başlayıb, yarımçıq qalıb”, - deyə Qaraxanyan qeyd edib.
"Çıxarmalıyıq, çıxış yolu yoxdur”
"Mayın 9-na qədər Xocavənddə erməni faşist Njdeyə qoyulmuş heykəl söküləcək”. Bu barədə Ermənistan parlamentinin deputatı Sofya Hovsepyan "Facebook” səhifəsində yazıb. "Biz Mahatma Qandinin heykəlini qoyuruq, halbuki Qarabağda mayın 9-na qədər Njdenin heykəlini çıxarmalıdırlar. Sakit idik, problemin aradan qalxdığını düşünürdük, deyilmi? Yox, keçməyib, xırda-xırda, gizli şəkildə fəaliyyət göstərirlər. Artıq insanlara deyiblər: "Çıxarmalıyıq, çıxış yolu yoxdur”, - deyə o qeyd edib.
Yeri gəlmişkən, Moskva vilayətinin Müharibə və Əmək Veteranlar Şurası da nasist cinayətkar Njdenin Qarabağdakı heykəlini sökmək çağırışı ilə federal hakimiyyətə müraciət edib. Müvafiq xahiş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib. Təşkilat faşizmə qarşı qazanılmış qələbənin SSRİ-nin bütün keçmiş xalqlarını birləşdirən hadisə kimi əhəmiyyətini vurğulayaraq Qarabağda, xüsusən də Rusiya sülhməramlılarının yerləşdiyi zonada faşizmin itaətkarı Njdenin heykəlinin varlığının yolverilməzliyi barədə xəbərdarlıq edir. Eyni zamanda Şura Rusiya Federasiyası hakimiyyətinə yönəlmiş bu çağırışa dəstək verməklə bağlı Rusiyanın bütün veteranlarına müraciət edib.
"Lragir” nəşrində dərc olunan məqalədə də bildirilib ki, rus sülhməramlılar mayın 9-da Xankəndidə parad təşkil etməyə hazırlaşır: "Rusiya mayın 9-da Xankəndidə 1992-ci ilin bu gün ələ keçirilmiş (işğal edilmiş) və 2020-ci ildə rusların "dua”ları ilə itirilmiş Şuşanın xatirəsini silmək üçün böyük parad keçirir”, - deyə məqalədə bildirilib. Müəllifin sözlərinə görə, ruslar Xocavənd rayonunda Njdenin heykəlini sökməyi tələb edirlər. "Rusların tələbi ilə Qarabağda rus dili ikinci rəsmi dilə çevrilib, Xankəndi küçələrindən Ermənistan bayraqları çıxarılıb, Xocavənddə Njdenin heykələrini sökməyi tələb edirlər, aprelin 24-də futbol yarışı təşkil edirlər. Və indi Xankəndidə parad təşkil etmək istəyirlər”, - deyə müəllif qeyd edib. Qondarma qurumun "nümayəndəsi” Andranik Çavuşyan isə bildirir ki, bu problem olanda biz hansısa bir xeyirxah vasitəsilə Ağavnoda (Zabux kəndi ) Njdenin böyük heykəlini qurmaq qərarına gəldik: "Ruslar bənzər məsələlərdə siyasi tərəf tutmamalıdırlar. Mən ruslara demişəm ki, burada qərar verən tərəf sən deyilsən, heykəl sənə nə ilə mane olur, sən kimsən ki, bizim torpağımızda danışasan? Sülhməramlısan, sülhməramlılıqla məşğul ol. Gəlib mənə bayrağı çıxarmalısan dediklərində dedim ki, Suriyada və Livanda bizim bayrağımız dalğalanıb, indi gəlib mənə deyirsən, mənə sən deməməlisən, erməni deməlidir. Mənə heç nə deyə bilməzlər, mən heykəli qoyacam, qoy onlar düşünsünlər”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər