AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ərdoğan: “Türk Şurasını beynəlxalq təşkilat halına gətirməyin vaxtı çatıb”

Ərdoğan: “Türk Şurasını beynəlxalq təşkilat halına gətirməyin vaxtı çatıb”

Siyasət
13 Aprel 2021, 21:37 359
"Tam və müşahidəçi qismində Türk  Şurasına qatılmaq istəyən çox sayda ölkələr var. Artıq bu qurumu beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.
Aprelin 10-da telekonfrans yolu ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlət başçıları ilə keçirilən sammitdən danışan Türkiyə Prezidenti deyib ki, son tədbirdə səhiyyədən ticarətə qədər genişmiqyaslı əməkdaşlıqla bağlı müzakirələr aparılıb: "Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur”.
R.T.Ərdoğan deyib ki, bu ilin noyabr ayında İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilən Türk Şurasının 8-ci Fövqəladə iclasında bu məsələ bir daha nəzərdən keçiriləcək: "İstanbulda prestijli bir tarixi bina şuranın və gələcəkdə qurulacaq təşkilatın idarə edilməsi üçün hazırlanıb”.