• cümə axşamı, 28 mart, 17:04
  • Baku Bakı 16°C

Ərdoğan: "Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər teatra çevrilib"

25.09.17 16:30 1085
Ərdoğan: "Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər teatra çevrilib"
"Avropa İttifaqıvə Türkiyə arasında münasibətlər teatr oyununa çevrilib”.
APA-nın "Milliyyət”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə Avropa İttifaqına üzv olmaq üçün bütün şərtləri yerinə yetirib: "Sıxıntılı günlər artıq geridə qaldı. Önümüzə baxırıq. Bizim demokratiya, insan haqları ilə bağlı bir problemimiz yoxdur. Türkiyə hökumətində islahatlara ehtiyac vardı, aparıldı. Biz bunu kimlərsə istədi deyə etmədik, millətimiz layiq olduğu üçün etdik. İslahatları vətəndaşlarımız üçün apardıq, Avropa İttifaqına qatılmaq üçün deyil..."
O qeyd edib ki, digər ölkələrin üzvlük məsələsindən söhbət gedəndə gündəmə gətirilməyən şərtlər Türkiyənin adı hallananda ortaya çıxarılır: "Lakin biz bu şərtləri qəbul etməmişik, etməyəcəyik də. Qoy, qərarı onlar versinlər. Biz qərar verilənə qədər səbrlə gözləyəcəyik”.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib ki, 2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək: "Hazırda heç bir namizəd buna hazır deyil. Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”.
banner

Oxşar Xəbərlər