• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Ərazilərin minalardan təmizlənməsi üçün məlumatların mübadiləsi vacibdir

13.04.21 23:23 515
Ərazilərin minalardan təmizlənməsi üçün məlumatların mübadiləsi vacibdir
ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər.
Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən məlumat verir.
Həmsədrlər atəşkəs rejiminin qorunub saxlanılmasını məmnunluqla qeyd edirlər və tərəflər arasında 10 noyabr 2020-ci il tarixində əldə edilən razılaşmanın (Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatı - red.) icrasını yaxından izləyirlər.
Həmsədrlər tərəflərə qalan problemli məsələlərin həlli və davamlı sülhə kömək edən qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərin göstərilməli olduğunu xatırladıblar. Bunlara, xüsusilə: münaqişə bölgələrinin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı məsələlər; dini və mədəni irsin saxlanılması və qorunması; və münaqişədən təsirlənən icmalar arasında birbaşa təmasların və əməkdaşlığın qurulması, həmçinin insanlar arasında etimadın möhkəmləndirilməsi üçün digər tədbirlər daxildir.
Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən fəaliyyətlərinə və missiyasının mümükün genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri onun səylərinə tam dəstək göstərməyə çağırıblar. Həmsədrlər, qiymətləndirmə aparmaq üçün bölgəyə, o cümlədən Qarabağ və ətraf rayonlara işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar.
banner

Oxşar Xəbərlər