• cümə axşamı, 28 mart, 19:26
  • Baku Bakı 13°C

Düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir - Anar Eyvazov

04.11.20 19:11 6677
Düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir - Anar Eyvazov

Ordumuza qarşı asimmetrik qaydada mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən birifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqları işğaldan azad edir: "Ermənistanın hərbi siyasi rəhbərliyi hədəflərimiz barədə saxta fikirlər aşılayaraq, erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı döyüşə cəlb etməyə çalışır. Döyüşə girən erməni döyüşçülər Ordumuz tərəfindən məhv edilir, geriyə qaçır, itkin və əsir düşür. Azərbaycan əsgəri bağçalarda, məktəblərdə və digər mülki obyektlərdə gizlənən namərd düşmənə qarşı mübarizə aparır".
banner

Oxşar Xəbərlər