Dünyada son sutkada koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb
Dünyada son sutka ərzində 677 545 nəfər koronavirusa yoluxub, 11 061 nəfər ölüb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 157 973 438 yoluxma hadisəsi, 3 288 455 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385 927) payına düşür.Digər yerləri isə Şimali və Cənubi Amerika (167 820) ilə Avropa (65 404) bölüşür.