• şənbə, 20 Aprel, 13:22
  • Baku Bakı 23°C

DTX və DSX əməkdaşları birgə əməliyyat keçiriblər

27.07.17 15:15 1601
DTX və DSX əməkdaşları birgə əməliyyat keçiriblər
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçiriblər.
DTX-nın Mətbuat Mərkəzindən "Report”a bildirilib ki, tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə "Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd "ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb.
Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitənin sifarişçisi Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər