• çərşənbə axşamı, 23 aprel, 12:34
  • Baku Bakı 24°C

Direktor: "İnvestor bazasının yaradılması üzərində iş gedir"

17.10.17 16:30 1843
Direktor: "İnvestor bazasının yaradılması üzərində iş gedir"
"Azərbaycan kommersiya banklarında 5,2 milyard manatlıq likvidlik mövcuddur. Likvidliyin paylanması, bank sektorundan real sektora axını ilə bağlı çox gözəl imkan yaranıb".
"APA-Economics" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bank sektoru real sektorun maliyyələşdirilməsinə xüsusi diqqət ayırmağa başlayıb: "Düşünürük ki, eyni zamanda qiymətli kağızlar bazarı bu prosesə öz töhfəsini verməlidir. Çünki bu likvidliyin axması üçün çox gözəl bir şansdır. Cəlbedici və diversifikasiya olunmuş investisiya imkanlarının yaradılması çox vacibdir. İndiki halda depozit və kredit alqoritmi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafına ehtiyac var. Bizim hesablarımıza görə, banklarda, əhalidə, ev təsərrüfatlarında, müəssisələrdə kifayət qədər yığım var. İndi bu yığımın qiymətli kağızlar üzərindən iqtisadiyyata axması cəlbedici və diversifikasiya olunmuş investisiya imkanlarından birbaşa asılıdır”.

V. Qasımlı əlavə edib ki, strateji yol xəritələrində investor bazasının yaradılması nəzərdə tutulub: "İlk növbədə investisiya məhsulları diversifikasiya olunmalıdır. Həm banklar, həm də şirkətlər müxtəlif investisiya imkanlarını təqdim edə bilərlər. Çünki maliyyələşmənin bir yolu olmamalıdır. Digər tərəfdən isə biz həm də investorların diversifikasiyasına getməliyik. Yəni investor bazası olmalıdır. Burada müxtəlif təsnifatlaşma olmalıdır. Yerli və xarici investorlar, eləcə də pərakəndə və institusional investorlar və digər təsnifatlaşma olmalıdır. Bütün hallarda bu cür difersifikasiyada biz müxtəlif təyinatlardan istifadə edə biləcəyik. İnvestor profillərinin yaradılması da əsas məqsədlərdəndir. İnvestor profilləri iqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişafı üçün lazımı investor profilinin müəyyənləşdirməyə imkan verəcək. Bu da investorların cəlb edilməsində daha sistemli yanaşmanın tətbiqinə imkan verəcək".
Mərkəz rəsmisi əlavə edib ki, hazırda investor bazasının yaradılması üzərində iş gedir.
banner

Oxşar Xəbərlər