AZE | RUS | ENG |


DİN Bakıda daha bir kafe ilə bağlı tədbir görəcək

DİN Bakıda daha bir kafe ilə bağlı tədbir görəcək
Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır.
 
Bu barədə APA-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən "Zabrat” kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.
 
Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin "102” xidmətinə, həmçinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etsələr də, nəticəsi olmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında məsələnin araşdırılacağını bildirib: "Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yeni rəhbərliyi tərəfindən sakinləri narahat edən həmin məsələ araşdırılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008