• cümə, 29 Mart, 03:06
  • Baku Bakı 7°C

DİN 8 yaşlı qızın güllələnməsi haqda məlumat yayıb

29.07.17 13:00 1513
DİN 8 yaşlı qızın güllələnməsi haqda məlumat yayıb
Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı, 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər