• şənbə, 20 Aprel, 05:31
  • Baku Bakı 15°C

Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?

22.09.22 13:45 505
Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?

Cari ilin yanvar ayının 1-dən avqustun 31-ə qədər Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi”nin (AEM) Farmakonəzarət şöbəsinə əlavə təsirlər haqqında 115 bildiriş daxil olub. AEM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-zi əczaçılıq şirkətləri və cəmi biri pasyentlərin payına düşür.

Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər hələ ötən ilin sonunda başa çatdırılmışdır. Onlayn portal vasitəsilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat bir şəkildə ötürə bilirlər.

Sistem işə başlayan zaman bildirilmişdir ki, AEM Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir və AEM dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim edilən məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə AEM tərəfindən nəzarət ediləcək.

Vətəndaşlarımız onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək və ya QR kodu telefon vasitəsilə oxudaraq keçid əldə edə bilərlər.

“Yuxarıda qeyd etdiyimiz kimi, sistemin bir ilə yaxındır ki, işləməsinə baxmayaraq, cəmi 115 müraciət daxil olub. Vətəndaşların, xüsusən də pasiyentlərin bu sahədə aktivliyini artırmaq üçün saytımızda onlayn portaldan istifadəni daha da asanlaşdırmaq məqsədilə təlimat video-çarxı da yerləşdiririk,” – deyə AEM-in mətbuat xidmətindən bildirilib.

banner

Oxşar Xəbərlər