AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat Müdafiə Nazirliyinin hospitalının işini tənqid edib

Deputat Müdafiə Nazirliyinin hospitalının işini tənqid edib

Cəmiyyət
02 Aprel 2021, 11:37 289
"Tez-tez qazilərin ciddi və haqlı şikayətlərini eşidirik”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
 
Deputat bildirib ki, Müdafiə Nazirliyinin hospitalının işi ürəkaçan deyil: "Qazilərə deyirlər ki, dərmanları özünüz alın. Hansı pulla alsın? Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bilirlər bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin hospitalı qazilərin müalicəsini təşkil etmir? Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. Qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır”.