• cümə, 19 Aprel, 06:37
  • Baku Bakı 13°C

Deputat MM-də “Heydər Əliyev və dayanıqlı sosial strategiya” mövzusunda konfransın keçirilməsini təklif edib

23.01.23 12:30 1164
Deputat MM-də “Heydər Əliyev və dayanıqlı sosial strategiya” mövzusunda konfransın keçirilməsini təklif edib

“Ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirilən sosial siyasətinin formalaşmasında xüsusi müstəsna rolu var. Ona görə də təklif edirəm ki, Milli Məclisin yaz sessiyasında “Heydər Əliyev və dayanıqlı sosial strategiya” mövzusunda konfransın təşkili məsələlərinə baxaq. Bunun üçün böyük potensial var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

Komitə sədri Musa Quliyev də öz növbəsində Heydər Əliyevlə əlaqəli konfransın keçirilməsi komitənin 2023-cü il iş planına daxil edilməsi təşəbbüsü ilə çıxış edib.

banner

Oxşar Xəbərlər