• çərşənbə axşamı, 23 aprel, 18:52
  • Baku Bakı 20°C

Deputat “Dini etiqad azadlığı haqqında” qanunun bəzi müddəalarınn narahatlıq yarada biləcəyini deyib

04.05.21 11:55 696
Deputat “Dini etiqad azadlığı haqqında” qanunun bəzi müddəalarınn narahatlıq yarada biləcəyini deyib
"Dini etiqad azadlığı haqqında” qanunla bağlı bir neçə məqam gələcəkdə bizim üçün ümumi narahatlıq yarada bilər”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ölkədə 970 dini qurum qeydiyyatdan keçib, onlardan 37-si qeyri-islam təşkilatıdır.

"Azərbaycanda 2473 məscid var. Hər bir məsciddə icmalar olmalıdır ki, orada gedən proseslərdə icma iştirak edə bilsin. İcmaların yaradılması üçün 50 nəfərin olmasını tələb kimi qoymuşuq. Biz onları ya qeydiyyata almalıyıq, ya da ümumilikdə qeydiyyata almadan, başqa forma düşünməliyik. Azərbaycanda 765 pir var. Bunların hər birində icmanın olması tələbi var. Onların qeydiyyata alınmasında problemlər yaranır. Bir sıra pirlər, o cümlədən məscidlər nə QMİ, nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, nə də yerli icra hakimiyyəti orqanları ilə əlaqə qurur. O ərazilərdə dindən başqa məqsədlər üçün istifadə edilir”, - deyə S. Novruzov bildirib.
banner

Oxşar Xəbərlər