• cümə axşamı, 28 mart, 12:37
  • Baku Bakı 16°C

Deputat: "Azərbaycanın mövqeyi daha da güclənəcək"

28.04.21 20:15 878
Deputat: "Azərbaycanın mövqeyi daha da güclənəcək"
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında dərin məzmunlu çıxış edərək mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı çıxışında ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə məlumat verməklə yanaşı torpaqlarımızın erməni işğalından azad olunması, regionda baş verən proseslər haqqında fikirlərini geniş şəkildə ifadə edib.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır və bu istiqamətdə öz töhfələrini verir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirib. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bütövlükdə, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Dövlətimiz həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirməkdədir. Eyni zamanda, Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib ki, bu fakt ölkəmizin humanizm dəyərlərinə sadiqliyinin ifadəsidir.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının sessiyada qeyd etdiyi kimi Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bununla da, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Həmçinin diqqətə çatdırılıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın bütün şəhər və kəndləri tamamilə dağıdılıb. Təsadüfi deyil ki, xarici ekspertlər Ağdam şəhərini "Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan həmçinin məqsədli şəkildə mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Ermənistanın bu vandalizmi beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanılmalıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi ölkələrə qarşı tətbiq olunan "ikili standartlar” siyasəti dünyanın dayanıqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir.
Sevinc Fətəliyeva deyib: "Münaqişənin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Dövlətimizin başçısı çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.
banner

Oxşar Xəbərlər