• cümə axşamı, 25 aprel, 21:44
  • Baku Bakı 21°C

COVID-19-un genomuna dair layihə Nazirlər Kabinetinə təqdim edilib

30.04.21 13:15 526
COVID-19-un genomuna dair layihə Nazirlər Kabinetinə təqdim edilib
Azərbaycan Milli Elmlər AkademiyasınınMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Genetik Ehtiyatlar İnstitutu tərəfindən Qida Təhlükəsizliyi İnstitutu və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi ilə birgə "Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genomunun oxunması, beynəlxalq genom bazalarına yerləşdirilməsi və müqayisəli təhlili, təhlükəli patogenlər üzrə genom məlumat bazasının yaradılması” mövzusunda layihə hazırlanıb.
Bu barədəAPA-ya Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova bildirib.
O deyib ki, layihə artıq Nazirlər Kabinetinə təqdim edilib.
İ.Hüseynova qeyd edib ki, aşkar olunmuş genomlar məlumat bazasına yerləşdiriləcək:"Ümumiyyətlə, viruslar haqqında məlumat bazası yaradacağıq. Bu, elektron məlumat bazası olacaq.Bunlar həm də beynəlxalq məlumat bazasına yerləşdiriləcək”.
banner

Oxşar Xəbərlər