• bazar ertəsi, 12 may, 01:10
  • Baku Bakı 17°C

Çimərlik futbolu üzrə millimizin rəqibləri müəyyənləşib

11.05.23 19:30 932
Çimərlik futbolu üzrə millimizin rəqibləri müəyyənləşib

Bu gün “Krakov-2023” üçüncü Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, millimiz A qrupunda Polşa, Portuqaliya və İspaniya yığmaları ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilmişdi.

banner

Oxşar Xəbərlər