• cümə, 19 Aprel, 10:07
  • Baku Bakı 13°C

Bu gündən Azərbaycanda "Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır

03.05.21 09:00 674
Bu gündən Azərbaycanda "Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır
Bu gündən Azərbaycanda "COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin tətbiqinə başlanılır.
APA-nın məlumatına görə, peyvənddən 60 yaş və daha yuxarı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.
Qeyd edək ki, "COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza "Vaxzevria” peyvəndi gətirilib.

banner

Oxşar Xəbərlər