• şənbə, 20 Aprel, 07:18
  • Baku Bakı 14°C

Bu gün “Qəbələ” Avropa Liqasında cavab oyununu keçirəcək

03.08.17 09:20 2005
Bu gün “Qəbələ” Avropa Liqasında cavab oyununu keçirəcək
Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edəcək.
Apasport.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ” də meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan "Panatinaikos”u ilə görüşəcək.
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdır. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan "Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqi ilə sevinməlidir.
2 il əvvəl "Panatinaikos”u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) "qırmızı-qaralar” evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Qazanılacaq qələbə "qırmızı-qaralar” üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadı. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir addım da yaxınlaşacaq.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
21:00. "Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1
banner

Oxşar Xəbərlər