• cümə, 29 Mart, 14:22
  • Baku Bakı 14°C

Bu gün Azərbaycanda ilk Qədr gecəsidir

01.05.21 13:15 517
Bu gün Azərbaycanda ilk Qədr gecəsidir
Bu gün Azərbaycanda ilk Qədr (Əhya) gecəsidir.
BunuAPA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bu il ilk Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir:"İlk Qədr gecəsi Ramazanın 18-ci günündə olur. Bundan əlavə, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. Həmişə Qədr gecələrində insanlar məscidlərə toplaşaraq birgə ibadətlər, dualar edirdi. Bu il yenə də pandemiya dövrü davam etdiyi üçün məscidlərdə toplaşmaq imkanı yoxdur. Bu səbəbdən insanlar Qədr gecəsini də öz evlərində, ailələri ilə keçirə, dualarını, ibadətlərini edə bilərlər”.

banner

Oxşar Xəbərlər