BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail qarşıdurması fonunda bölgəsində gərginliyin artmasını müzakirə etmək məqsədilə təcili toplantı keçirəcək.
APAxəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasındakı mənbədən bildirilib.
Qeyd edilib ki, məsləhətləşmələr çərşənbə günü saat 09:00-a (Bakı vaxtı ilə 17:00) təyin olunub.