• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

BMT baş katibi: "Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"

13.09.17 21:48 1118
BMT baş katibi: "Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoyulmalıdır"
BMT-nin baş katibi Antoniu Quterreş Myanmar hökumətini ölkədə hərbi əməliyyatlara və rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, baş katib bəyan bildirib ki, hazırkı vəziyyət regionu böhrana sürükləyir.
"Myanmarda humanitar vəziyyət fəlakət həddindədir”, A.Quterreş vurğulayıb. O, qaçqınlara təcili humanitar yardım göstərməyə çağırıb.
Qeyd edək ki, avqustun sonunda "Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa məcburolub.
banner

Oxşar Xəbərlər