• cümə, 19 Aprel, 19:45
  • Baku Bakı 24°C

Binəqədidə 18 oktyabr-Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib

18.10.17 16:30 2641
Binəqədidə 18 oktyabr-Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, ziyalılar, YAP fəalları və gənclər iştirak ediblər.
Tədbirdə Y. Mahmudov və R. Göyüşov çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Qeyd olunub ki, xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşsə də, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində müstəqilliyi qoruyub saxlaya bilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A. Əliyeva isə bildirib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. O qeyd edib ki, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Tədbirdə rayonun ictimai-siyasi proseslərində fəaliyyəti ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub.
Tədbir sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, layihə rəhbəri və baş prodüseri Arzu Əliyevanın olduğu "Əbədi ezamiyyət”sənədli filmi nümayiş olunub.
banner

Oxşar Xəbərlər