cümə, 24 Mart, 22:05

Baku Bakı 15°C

“Bild”in müxbiri Ukraynada yaralanıb

icon 474 icon 03 yanvar 2023 | 10:30 “Bild”in müxbiri Ukraynada yaralanıb

“Bild” nəşrinin müxbiri Byörn Ştritsel Ukraynada qəlpə yarası alıb.

“Report” xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Yohannes Boye tviterdə bildirib. “Bild”in müxbiri Byörn Ştritsel Rusiyanın Ukraynaya təcavüzünü işıqlandırarkən qəlpə yarası alıb”, - o sosial şəbəkədə qeyd edib. Baş redaktorun sözlərinə görə, yara çox ciddi olmasa da, bu olay Ukraynadakı müxbirlərin doğrunu demək üçün hansı çətinliklərlə qarşılaşdığını bir daha xatırladır.