• cümə axşamı, 28 mart, 17:21
  • Baku Bakı 16°C

Bayden Ərdoğana zəng edərək, başsağlığı verib

07.02.23 08:00 811
Bayden Ərdoğana zəng edərək, başsağlığı verib

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı , saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

banner

Oxşar Xəbərlər