• çərşənbə, 24 Aprel, 09:28
  • Baku Bakı 13°C

Bayden Putinlə görüşəcəyinə inandığını bildirib

11.05.21 09:15 583
Bayden Putinlə görüşəcəyinə inandığını bildirib
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutacağına inandığını bildirib.
APATASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə pandemiyanın səbəb olduğu iqtisadi fəlakətlə mübarizə mövzusunda çıxış zamanı deyib.
Jurnalistin Baydendən ABŞ-ın "Colonial Pipeline” boru kəməri şirkətinə edilən son kiberhücumda Rusiyanın əli olduğunu inandığını soruşduqda, o, belə cavab verib: "Prezident Putinlə görüşəcəyəm, kəşfiyyat xidmətimizdən bu məsələdə Rusiyanın iştirak etdiyinə dair bir dəlil yoxdur”.

banner

Oxşar Xəbərlər