• cümə, 19 Aprel, 09:02
  • Baku Bakı 13°C

Baş Prokuror: "Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq"

10.05.21 12:10 535
Baş Prokuror: "Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq"
"Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb".
APAxəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev deyib.
Baş Prokuror bildirib ki, bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır: "Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə həm cinayət təqibi qaydasında, həm mülki qaydada iddiaların qaldırılması təmin ediləcək".

banner

Oxşar Xəbərlər