• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

“Barselona”ya getmir, kluba sadiqdir

11.09.17 14:30 1192
“Barselona”ya getmir, kluba sadiqdir
"Yuventus”un baş direktoru Cüzeppe Marotta "Barselona”da işləyəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Komanda.az xəbər verir ki, Marotta bu məlumatı təkzib edib. O, "Yuventus”a sadiq olduqlarını və burda onu hər şeyin qane etdiyini deyib:
"Barselona”ya getmirəm. Mən və Paratiçi "Yuventus”da özümüzü əla hiss edirik. Biz kluba sadiqik və bütün qüvvəmizlə çalışırıq.
Anyelli, Nedved və komanda ilə işləmək bizim üçün komfortdu. Biz qalib komanda modeli formalaşdırmışıq. Mənim müqaviləmin uzadılması barədə danışmırıq. Ona görə ki, biz bütün ömrümüz boyu bu kluba məxsusuq.
Yoz, əgər "Yuventus” dəyişiklik olmasını istəyərsə, onda biz bunu müzakirə edə bilərik”.
banner

Oxşar Xəbərlər