AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıya əlavə 9 və 12 metrlik avtobuslar gətiriləcək - Video

Bakıya əlavə 9 və 12 metrlik avtobuslar gətiriləcək - Video

İqtisadiyyat
16 Aprel 2021, 20:30 869
"Bu il Bakıya 320 ədəd avtobusun gətirilməsi planlaşdırılır. Gətirilən avtobusların 170 ədədi 9 metrlik, qalan 150 ədədi isə 12 metrlik avtobuslardır”.
Bu sözləri "Report”un efirində "İqtisadi baxış” verilişinin qonağı olan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
"9 metrlik avtobuslar bizə dövlət başçısının tapşırığına əsasən ətraf kənd və qəsəbələr istiqamətində sərnişindaşımaların əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı qoyduğu tapşırığın icrasına tam şəkildə imkan verir”, - deyə M.Ağayev bildirib.
"Report” Mais Ağayevlə müsahibəni təqdim edir: