• çərşənbə, 24 Aprel, 14:27
  • Baku Bakı 27°C

Bakıda mağazadan içərisi pulla dolu seyf oğurlanıb

29.07.17 13:30 1608
Bakıda mağazadan içərisi pulla dolu seyf oğurlanıb
Bakıda mağazadan içərisində 18 min manat pul olan seyf oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki mağazalardan birindən içərisində 18 000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizam Cavadzadə tutulub, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
banner

Oxşar Xəbərlər