• cümə, 29 Mart, 17:35
  • Baku Bakı 14°C

Bakıda “Fransız məktəbi” açılır

01.07.13 10:53 2090
Bakıda “Fransız məktəbi” açılır
“Azərbaycanlı gənclərin fransız dilini daha yaxşı öyrənməsi üçün iki ölkə arasında iki qərar qəbul edilib. Bunlardan biri böyük universitetlərdə iştirakı genişləndirmək və əlaqələri möhkəmləndirməkdən ibarətdir. İkincisi isə Bakıda “Fransız məktəbi”nin yaradılmasıdır ki, bu məsələ iki ölkə prezidenti arasında imzalanmış sazişdə öz əksini tapıb. Yaxın zamanlarda Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Fransız məktəbi” fəaliyətə başlayacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Səfir bildirib ki, bu ilin sentyabrından Bakıda “Fransız məktəbi” fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bağça səviyyəsindən etibarən azərbaycanlılarla yanaşı, digər millətdən olan gənclər də həmin məktəbə gedə biləcəklər: “Sonra uşaqların alacağı bu diplom həm Azərbaycan, həm də Fransa ali məktəblərinə daxil olmaq imkanı verəcək. Artıq məktəbdə təhsil almaq üçün qeydiyyat prosesi başlayıb. 60-a yaxın şagird məktəbdə təhsil almaq üçün qeydiyyatdan keçib. Maraqlananlar Fransanın Azərbaycandakı səfirliyindən daha ətraflı məlumat əldə edə bilərlər”.
banner

Oxşar Xəbərlər